Sosial iqtisadiyyat

“Irşad Electronics”ə sanksiya tətbiq edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

ENA.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, “IRŞAD ELECTRONİCS” MMC, “İnteqral” QSC, “Soliton LTD” MMC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyi üçün həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb.

Aprelin 7-də “IRŞAD ELECTRONİCS” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)