Gündəm

ABŞ-dan Türkiyəyə F-16 satışı ilə bağlı açıqlama

ABŞ administrasiyası hesab edir ki, F-16 qırıcılarının Türkiyəyə satışı milli təhlükəsizlik maraqlarına uyğundur. 

ENA.az xəbər verir ki, bu barədə "Reuters " Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb.

ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri “regionda zərərli təsirlərə qarşı mühüm maneə kimi qiymətləndirilir.

Məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya müddət göstərilməsə də, Vaşinqton hesab edir ki, NATO-nun maraqları və milli təhlükəsizliyi, digər məsələlərlə yanaşı, ABŞ və Türkiyə arasında müdafiə ticarəti əlaqələri də dəstəklənir. 

ABŞ administrasiyası həmçinin hesab edir ki, Ankara Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasına görə artıq “əhəmiyyətli qiymət ödəyib”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)