Gömrük Komitəsi büdcə öhdəliyini 124% yerinə yetirib
Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib. İlkin məlumata görə 1 milyard 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 milyon manat artıq deməkdir.
ENA.az xəbər verir ki, Komitə sədri Səfər Mehdiyev öz rəsmi Twitter səhifəsində yazıb.