Birja

Rusiya rublunun bədbin proqbozu gəldi: kəskin ucuzlaşacaq

İlin sonuna kimi Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır.

“SberCIB Investment Research” analitika mərkəzinin araşdırmasına görə, ilin sonunadək dolların məzənnəsi 100 rubl, ən yaxşı halda isə 85-90 rubl ola bilər. Analitiklərin fikrincə, son ayda rublun möhkəmlənməsi xaricə 10 min dollardan artıq məbləğin köçürülməsinə, qeyri-rezidentlərin fond bazarında iştirakına qadağalar qoyulması və digər amillərlə bağlıdır. Bundan əlavə, xarici şirkətlərin məhdudiyyətlər tətbiq etməsi və logistikanın pozulmasına görə hazırda Rusiyadan ixrac xeyli dərəcədə aşağıdır.

Mərkəzin araşdırmasına görə, yaxın aylarda inflyasiyanın artacağı gözlənilir və bu da rublun xeyrinə olmayacaq.

Əgər ixracatçılar logistik zənciri sürətlə bərpa edə bilsələr, inflyasiya daha sürətlə azalsa, orta illik məzənnə 85-90 rubl civarında qala bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)