Bank

“Bank Respublika”ya yeni icraçı direktor təyin edilib

“Bank Respublika” ASC-nin yeni icraçı direktoru təyin edilib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, sədrin müşaviri Akif Abdullayev Anderraytinq üzrə icraçı direktor təyin edilib.

2017-ci il fevral ayından “Bank Respublika”da İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyətə başlayan Akif Abdullayev sonradan 2020-ci il avqust ayından həm də Anderraytinq departamenitinin direktoru təyinatını alıb.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bitirən təcrübəli bank işçisi ilk karyerasını 2006-cı ildə “AccessBank” QSC-də mikro kreditlərin satışı üzrə təcrübəçi kimi başlamış və uğurlu karyera inkişafı ilə 2010-cu ildə Kiçik və Orta Sahibkarlıq (KOS) kreditlərinin satışı istiqamətində fəaliyyətini davam etdirib. Bu dönəmlərdə 2013 cü ildə KOS kreditləri üzrə menecer və daha sonra 2015 – 2017 ci illərdə KOS kreditləri departamentində KOS kreditlərinin təhlili üzrə menecer kimi fəaliyyətini davam etdirib.

Beləliklə, 16 illik dövr ərzində Akif Abdullayev həm bütün növ bank kreditlərinin satışı və həmçinin təhlilləri üzrə böyük təcrübə qazanıb.

Özünəməxsus idarəetmə prinsipinə və yanaşmaya sahib olan peşəkar və  təcrübəli bankir hər zaman bu  sahə üzrə peşəkar kadrların yetişməsində və inkişaf etməsində mühüm rol oynayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)