Hadisə

TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı - AÇIQLAMA

TƏBİB Bakıda gecə klubunda baş verən partlayışla bağlı daha bir məlumat yayıb.

Qurumdan verilən məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. 

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib. 

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə  alır.  Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. 

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)