Gündəm

Medvedev: “Rusiya dost olmayan ölkələrə mal satıb-almayacaq”

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dost olmayan ölkələrdən Rusiyaya idxalı qadağan edilən məhsulların siyahısını genişləndirməyi təklif edib.
ENA.az Ria Novosti-yə istinadən xəbər verir ki, Dmitri Medvedevin sözlərinə görə, Rusiya Federasiyası dost olmayan ölkələrdən  mal satın almayacaq.
"Biz öz məhsullarımızı və kənd təsərrüfatı məhsullarımızı düşmənlərimizə tədarük etməyəcəyik. Və onlardan heç nə almayacağıq. Baxmayaraq ki, biz 2014-cü ildən almırıq, lakin idxalı qadağan olunmuş məhsulların siyahısını daha da genişləndirmək olar".


“Belə çıxır ki, səhər yeməyini özümüz yeyəcəyik. Nahar dostlarla paylaşıla bilər. Düşmənlərimizə şam yeməyi verməyəcəyik. Daha yaxşısı, özümüz yeyəcəyik və səhər idmanda daha aktiv çalışacağıq!” - Medvedev əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)