BİZNES

Nizamnamə kapitalı 100 min manat olan - TAKSİ XİDMƏTİ YARADILDI

Azərbaycanda daha bir taksi xidməti göstərən şirkət yaradılıb. 

"BI" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, "A TAKSİ" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 2005335711) 2018-ci il noyabrın 29-da rəsmi qeydiyyata alınıb. QSC-nin nizamnamə kapitalı 100 min manatdır. 

"A Taksi" Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani ev.17, Məh.1160, mənzil197 giriş 4 ünvanında qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçi Səmədli Rəşid Rafael oğludur. 
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department