Qeyri-Bank

Azərbaycanda kredit təşkilatlarının rəhbərliyində transfer

Bank Olmayan Kredit Təşkilatı “Aset Maliyyə Texnologiyaları” MMC-nin təkbaşına direktoru dəyişib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, BOKT-un direktoru Xosrov Axundov Fikrət oğlu vəzifəsini tərk edib. Onun yerinə Anar Fətəliyev Akif oğlu təyin edilib.

A.Fətəliyev buna qədər BOKT-a yaxın olan “FinTrend BOKT” MMC-nin direktoru idi. Rüfət Cəfərov Rahib oğlu isə “FinTrend BOKT”un direktoru  təyin edilib.

“FinTrend BOKT”un 400 min manat nizamnamə kapitalı  var. BOKT-un səhmdarları Erkin Əsədov, Nərmin Hüseynzadə və Kənan Salayev adlı şəxslərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)