Qarabağ

Mirzoyan həmsədrə Azərbaycandan ŞİKAYƏT ETDİ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayevlə Qarabağdakı vəziyyəti müzakirə edib.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər martın 24-dən sonra Xocalı rayonunun Pirlər kəndi istiqamətində yaranmış gərginliyi müzakirə ediblər.

A.Mirzoyan Azərbaycanla sülh sazişi ətrafında danışıqlara başlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ATƏT-in Minsk qrupunun tamhüquqlu işinin vacibliyini təsdiqləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department