TURİZM

Bakıdan Batumiyə uçuşlar BAŞLAYIR

İyun ayından etibarən “Buta Airways” aviaşirkəti yay cədvəli çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu bardə ENA.az-a “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu il iyunun 1-dən etibarən aviaşirkət Bakı-Batumi-Bakı marşrutu üzrə həftədə iki dəfə: cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

Batumi şəhərinə uçuş aviaşirkətin Tbilisidən sonra Gürcüstana ikinci bərpa olunmuş beynəlxalq istiqamətidir.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)