“Heineken” Rusiyadakı biznesini satır
Hollandiyanın “Heineken” pivə konserni Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanı tərk etdiyini və biznesini başqa sahibə verdiyini açıqlayıb.
Bu barədə “Kommersant” məlumat verir.
Bundan əvvəl şirkət Rusiya Federasiyasına investisiyaların və ixracın dayandırıldığını elan etmişdi.
“Rusiyada biznesi davam etdirmək hazırkı şəraitdə mümkün deyil. Nəticədə, Rusiyanı tərk etmək qərarına gəldik. İstənilən halda şirkət 2022-ci ilin sonuna qədər bütün Rusiya işçilərinin əmək haqlarının saxlanmasına zəmanət verir”, – mesajda bildirilib.