Birja

Azərbaycanda ilk dəfə 23 günlük notlar dövriyyəyə buraxılıb

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101296S ISIN kodlu, 300 milyon manatlıq, 23 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ENA.az bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hərraca 17 investor (yerli bank) qiyməti 99,6019 (6,26%), ümumi məbləği isə 1 617,741 milyon manat olan 27 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,6019 (6,26%) müəyyən olunub.

Notların ödəmə tarixi 20 aprel 2022-ci ildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department