Fitch sanksiyalara görə aprelin 15-dək Rusiyadan reytinqlərini geri götürəcək
“Fitch” beynəlxalq reytinq agentliyi Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq bütün Rusiya təşkilatlarının və onların bölmələrinin reytinqlərini geri götürmək niyyətindədir.
2022-ci il martın 15-də Aİ ölkələri tərəfindən qəbul edilmiş dördüncü sanksiyalar paketinin bir hissəsi olaraq, Avropa agentliklərinə Rusiya Federasiyası və Rusiya şirkətlərinə reytinq vermək, habelə Rusiya müştərilərinə reytinq xidmətləri göstərmək qadağan edilib.
"Reytinqlər Aİ-nin təyin etdiyi son tarixə qədər aprelin 15-dək geri götürüləcək", - Fitch-in press-relizində deyilir.
Bu ayın əvvəlində Fitch Rusiyada ticarəti dayandıracağını açıqlamışdı. Digər beynəlxalq reytinq agentliyi - S&P Global Ratings də bu həftə aprelin 15-dək Rusiya emitentlərinin reytinqlərini geri götürmək niyyətində olduğunu açıqlayıb.