İndiyədək Rusiyanın 105 təyyarəsi VURULUB
Bu gün Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın daha iki təyyarəsini vurub.
ENA.az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.
Bildirilib ki, Hərbi-Hava Qüvvələrinin zenit-raket kompleksləri ruslara ağır zərbələr vurur və Rusiya hər gün təyyarələrini itirir: "Martın 23-də rusların daha 2 təyyarəsi vurulub".
Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, indiyə kimi Rusiyanın 105 təyyarəsi vurulub: "Onlardan 6-sı son sutkada məhv edilib. Bu da ümumi Rusiya təyyarələrinin 1/3-ni təşkil edir".