“Londonda özümü əsirlikdə hiss edirəm” - Rusiyalı oliqarx
“Londondan getmək üçün özümə yeni ev ala bilmirəm. Bu səbəbdən də, özümü Böyük Britaniyada əsirlikdə hiss edirəm”.
ENA.az xəbər verir ki, bunu rusiyalı oliqarx Mixail Fridman Rusiyanın Ukraynaya qarşı hücumu səbəbindən sanksiyalara məruz qaldıqdan sonra “Bloomberg Businessweek” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, ölkədə sahib olduğu kart və hesabları bloklandığından, hətta evində təmizlik xidmətinin haqqını ödəyə bilmir.
İş adamının sözlərinə görə, Londonda sahib olduğu malikanədən, Moskvadakı evdən və Latviyada valideynləri üçün nəzərdə tutulan mənzildən başqa daşınmaz əmlakı yoxdur.
Bununla belə, rusiyalı oliqarx öz problemlərini Ukrayna sakinlərinin problemləri ilə müqayisədə “heç nə” adlandırıb.
Qeyd edək ki, “Forbes”in ən son reytinqində 57 yaşlı Mixail Fridmanın sərvəti 15,5 milyard dollar olaraq qiymətləndirilib.