Gündəm

Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ

Ukrayna ordusu Nikolayev bölgəsində gedən döyüşlər zamanı Rusiyanın daha bir generalını məhv edib.

ENA.az xəbər verir ki, bu barədə Nikolayev bölgə Dövlət Administrasiyasının rəhbəri Vitali Kim teleqram kanalında məlumat paylaşıb.

"Artıq general yoxdur. İndi onun adını və soyadını dəqiqləşdiririk", - Kim bildirib. 

Qeyd edək ki, bundan öncə yayılan məlumatlara əsasən, döyüşlərdə Rusiya tərəfdən 4 general, 6 polkovnik həlak olub. General-mayorlar Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar Yuri Aqarkov, Dmitri Sofronov, Mixail Yermolinin ölümü təsdiqlənib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)