Birja

Neftdə kəskin eniş davam edir: bugünə olan qiymət

Bazar Rusiya-Ukrayna danışıqlarının inkişafını, ABŞ-ın Venesueladan tədarükləri artırmaq cəhdlərini və Çində yeni koronavirus epidemiyası informasiyalarının təsiri ilə dəyişir. 

Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə Brent markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 101,93 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 4,97 dollar (4,65%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 98,28 dollar təşkil edir ki, bu da sonuncu sessiyanın yekun dəyərindən 4,73 dollar (4,59%) aşağıdır. 

Neft treyderləri texniki fasilədən sonra Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsinin hələ də atəşkəs razılaşmasına gətirib çıxara biləcəyinə ümidlidirlər. “Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyişlərin gözləntiləri qlobal bazarda vəziyyətin yaxşılaşmasına ümidləri artırıb”, - Fujitomi Securities Co Ltd-nin Toşitaka Tazawa analitiki bildirib.

Bu arada, ABŞ-ın neft tədarükünü artırmaq üçün Venesuelaya tətbiq etdiyi bəzi sanksiyaları ləğv edəcəyi barədə mətbuatda çıxan xəbərlər də bazarda nikbinliyini artırıb. The Price Futures Group-un analitiki Phil Flynn hesab edir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Venesuela ilə razılaşmağa çalışır.

Bazar həmçinin ölkədə COVID-19-un yayılması ilə əlaqədar Çində yeni koronavirus məhdudiyyətləri tətbiq ediləcək. Səlahiyyətlilər artıq ölkənin cənub-şərqindəki böyük Şençjen şəhərində sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarlar qəbul ediblər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)