İrandan Ərbilə raketlər atıldı, ABŞ qırıcıları havaya qalxdı - VİDEO
İraqın Ərbil şəhərinə raket və bomba zərbəsi endirilib, raketlər ABŞ konsulluğu yaxınlığında düşüb.
ENA.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Raket hücumlarından sonra şəhərdə bir neçə partlayış baş verib. Atışmanın İranın “Xəsabad” hərbi bazasından həyata keçirildiyi ehtimal edilir. Bombardman üçün Fateh-110 raketlərindən istifadə edilib. İran mediası yazır ki, hədəf İsrailin İraqdakı milli kəşfiyyat xidməti olan Mossad olub. Onlar Suriyada öldürülən iki iranlı zabitin qisasını alıblar.
Bomba zərbələrindən sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qalxıb. ABŞ Prezidenti Co Baydenin rəsmi açıqlama verməsi gözlənilir.