Qarabağ

İran Cəbrayılda xəstəxana tikəcək

İran Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır.

Bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, bu layihə bu gün Bakıda keçirilən, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Huminatar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında elan ediləcək.

Səfir əlavə edib deyib ki, İranın işğaldan azad edilmiş ərazilərlə bağlı digər layihələri də var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)