Qarabağ

ABŞ Ermənistana və Qarabağ separatçılarına maliyyə ayırdı - MƏBLƏĞ

ABŞ hökuməti Ermənistan Respublikasına və Qarabağdakı separatçılara yardım edəcək.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Assambleyası məlumat yayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci maliyyə ili üçün müvafiq qanun qəbul edib.

Sənəd humanitar minatəmizləmə üçün Ermənistan Respublikasına ən azı 45 milyon dollar, Qarabağdakı separatçılara isə 2 milyon dollar yardımın göstərilməsini nəzərdə tutur.

Bundan əvvəl konqresmenlər Adam Şiff, Frenk Pallon, Ceki Speyer və bir sıra digər qanunvericilər Ermənistan Respublikasına və Qarabağdakı separatçılara maliyyə yardımı üçün Nümayəndələr Palatasının və Senatın Təxsisatlar üzrə Alt Komitələrinə müraciət etmişdilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)