Gündəm

Ceyhun Bayramov Lavrovla göruşub

Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

ENA.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.

Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)