Gündəm

"Rusiya Ukraynada bioloji və kimyəvi silah tətbiq etməyi planlaşdırır" - AĞ EV

“Rusiya Ukraynada kimyəvi və ya bioloji silahdan istifadə etməyi planlaşdırır”.

ENA.az “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Ağ evin sözçüsü Cen Psaki bildirib.

“Hamımız Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahdan istifadə etməklə hücuma keçməsinə, yaxud bundan istifadə edərək saxta bayraq əməliyyatı reallaşdırması ehtimalına qarşı tətikdə olmalıyıq. ABŞ-ın Ukraynada bioloji və kimyəvi silah yaratmaqla bağlı Rusiyanın iddiaları cəgfəngiyatdır”, - o vurğulayıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi də Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib: “Ukraynanın dəstəklənməsi üçün ən yaxşı yol silah və hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasındadır. Ukrayna üçün bioloji və kimyəvi silah hazırlanması üzərində fəaliyyət göstərmirik”.

Qeyd edək ki, Rusiya ABŞ-ın Ukraynada bioloji və kimyəvi laboratoriya təsis etdiyinə dair məlumat yayır.

Xatırladaq ki, ABŞ beynəlxalq koalisiya qüvvələri ilə birlikdə Səddam Hüseynin kimyəvi və nüvə silahı hazırladığını əsas götürərək 2003-cü ildə İraqa hücum etmişdi. Əməliyyatdan sonra bu iddianı təsdiqləyəcək fakt aşkarlanmamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)