Gündəm

ABŞ Çin şirkətlərinə xəbərdarlıq edib

ABŞ Rusiyaya qarşı sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib.

ENA.az “The New York Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb.

Eləcə də bax: ABŞ kəşfiyyatı: "Rusiya Ukraynada mövcud hərbi texnikasının 10 faizini itirib"

Məlumata görə, Rusiyaya qarşı sanksiyalara əməl etməyən Çin şirkətləri “qara siyahıya” salınacaq.

Rusiyaya müasir texnologiya avadanlığı tədarük edən Çin firmalarına ABŞ-dan proqram təminatı və avadanlıq almaq qadağan olunacaq.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Liszyan bildirib ki, rəsmi Pekin ABŞ-ın birtərəfli sanksiyalarına qarşı çıxır və Vaşinqtonu Çinin maraqlarına ziyan vurmamağa çağırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)