“McDonald’s” Rusiyadakı restoranlarını bağlayır

“McDonald’s” Rusiyadakı restoranlarını müvəqqəti olaraq bağladığını açıqlayıb.
ENA.az “VC.ru”ya istinadən xəbər verir ki, şirkət Rusiyadakı 62 min işçisinin maaşını ödəməyə davam edəcəyinə söz verib. Qeyd edək ki, Ukraynada da 100-ə yaxın restoran bağlanıb.
Rusiya və Ukraynada “McDonald’s” restoranlar şəbəkəsinin cəmi 2%-i yerləşir. Onlar qlobal gəlirin təxminən 9%-ni təşkil edir, çünki satış məntəqələrinin əksəriyyəti birbaşa şirkətə məxsusdur.
“KFC”nin sahibi olan “Yum!” şirkəti restoranların bağlanması haqqında heç bir məlumat verməsə də, Rusiyaya investisiyaları dayandırdığını bildirib.