52 ölkənin könüllüləri ruslara qarşı döyüşəcək
52 ölkədən gələn təcrübəli veteranlar və könüllülər Rusiyanın Ukraynadakı təcavüzünə qarşı mübarizə aparmaq istəklərini ifadə ediblər.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə keçirdiyi brifinqdə bildirib.
Kuleba deyib ki, Ukrayna uğrunda döyüşmək istəyən əcnəbilərin görünməmiş səfərbərliyi müşahidə olunur. XİN rəhbəri vurğulayıb ki, bütün dünya Ukraynanı təkcə sözdə deyil, həm də əməldə dəstəkləməyə hazırdır, dəstək həm sadə vətəndaşlardan, həm də hökumətlərdən gəlir:
"Dünyanın azad insanlarının səfərbərliyi sadəcə heyrətamizdir. Dünyanın 52 ölkəsindən təcrübəli veteranlar və könüllülər bizə gəlir. Bu, onların istəyidir. Biz onları işə götürməmişik, heç bir şəkildə stimullaşdırmırıq. Bu, onların yaxşılığın tərəfində döyüşmək istəkləridir".