"Rabitəbank"da - YENİ TƏYİNAT
4 Yanvar 2019-cu il tarixindən etibarən, "Rabitəbank"ın İctimaiyyətlə Əlaqələr üzrə rəhbər vəzifəsini Nərmin Seyidova icra etməyə başlayıb.
Bu barədə "BI"yə bankdan bildirilib.
Nərmin Seyidova bundan öncə Azərbaycan Yelkənli İdman Federasiyasının, Caspian Şirkətlər Qrupunun, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, “Azərbaycan Mədəniyyət, İncəsənət və Elm evi” Gənclər Evi Sosial İnkişaf Proqramı, Avroviziya mahnı müsabiqəsinin rəsmi Fan-Klubunun PR rəhbəri vəzifələrini icra etmişdir.
25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir.