Rusiyanın 39 təyyarəsi, 40 helikopteri vurulub – Müdafiə Nazirliyi
Müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən azı 39 təyyarəsini və 40 helikopterini məhv edib.
ENA.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, ölkənin hava hücumundan müdafiəsi düşmən təyyarələrini məhv etməkdə və işğalçıların texnika və canlı qüvvəsinin kolonnalarına hava zərbələri endirməkdə davam edir.
“Dünən rus işğalçıları Su-25 hücum təyyarəsi itirib. Onlardan ikisi Çerniqov vilayətində, biri isə Donetsk vilayətinin Volnovaxa yaxınlığında vurulub”, - məlumatda deyilir.
"Ukraynanın tammiqyaslı işğalından əvvəl Rusiya ordusunun Ukrayna sərhədləri ətrafında cəmləşmiş aviasiya qrupu təxminən 700 ədəd aviasiya texnikasından ibarət idi: 450-yə yaxın təyyarə və 250-dən çox helikopter!" - Müdafiə Nazirliyindən bildirilib.