Gündəm

Son 1 həftədə Zelenskiyə qarşı azı 3 dəfə sui-qəsd cəhdi olub

"Son 1 həftədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı azı 3 dəfə sui-qəsd cəhdi olub”.

Bunu Böyük Britaniyanın “The Times” nəşri yazıb.

Məlumata görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlılarıdır.

Nəşrin xəbərinə görə, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibənin əleyhinə çıxan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının sayəsində alınıb.

Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itki veriblər və ukraynalıların bunu necə müəyyənləşdirdiklərindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, V.Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “tükürpədici” olub.

Qeyd olunub ki, həmçinin fevralın 26-da Kiyevin kənarında məhv edil

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)