Neft daha da bahalaşdı - YENİ QİYMƏT
“Brent” markalı neftin qiyməti 2013-cü il fevralın 13-dən sonra ilk dəfə olaraq, 119 ABŞ dollarınadək artıb.
Bu barədə ENA.az” birjalara istinadən xəbər verir.
Neftin qiymətinin artmasına təsir edən əsas amil Rusiyaya qarşı tətbiq olunan sanksiyaların neft bazarında müvəqqəti çatışmazlığa səbəb olmalı ehtimalıdır. Belə ki, həftənin əvvəlindən indiyədək “Brent” nefti, təxminən, 20%, WTI markalı neft isə, təxminən, 25% bahalaşıb.