Gündəm

“Exo Moskvı” radiostansiyası ləğv olunub

Rusiyanın məşhur “Exo Moskvı” radiostansiyasının ləğv olunması haqqında qərar qəbul olunub.

Bu barədə radionun baş direktoru Aleksey Venediktov öz “Telegram” kanalında yazıb.

“Direktorlar şurasının səs çoxluğu ilə “Exo Moskvı” radiokanalının və saytının ləğvi barədə qərar qəbul olunub”, – Venediktov bildirib.

O, bu barədə radionun daxil olduğu “Qazprom”un İdarə Heyətinin Direktorlar Şurası tərəfindən qərar qəbul olunduğunu açıqlayıb.

Qeyd edək ki, “Exo Moskvı” radiostansiyasının yayımı dünən dayandırılıb.

Bundan bir qədər əvvəl Baş Prokurorluq “Exo Moskvı” və “Dojd” telekanalının saytlarının bağlanacağı və bloklanacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Baş Prokurorluq hər iki media orqanının Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yalan məlumat yaydığını açıqlamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)