"Toyota" Rusiyada avtomobil istehsalını dayandırdı
Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" Rusiyada avtomobil istehsalını dayandırıb.
ENA.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Nikkei" məlumat yayıb.
“Toyota Motor" xaricdən ehtiyat hissələrin tədarükü ilə bağlı problemlərə görə Rusiyada avtomobillərin istehsalını dayandırır”, - məlumatda deyilir.
"Toyota" Rusiyaya ixracını da dayandıracaq. Ölkədə avtomobillər ehtiyatları tükənənə qədər satılacaq.