Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib
ENA.az xəbər verir ki, bunu Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.
“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, - Baş nazir vurğulayıb.