Sosial iqtisadiyyat

Türkiyə ilə Azərbaycan arasında sənaye mülkiyyəti haqqında sənəd imzalanacaq

Türkiyə ilə əlaqələrin normativ-hüquqi bazasının genişləndirməsi məqsədilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) arasında sənaye mülkiyyətinin qorunması haqqında Anlaşma Memorandumu” üzərində iş başa çatdırılıb.

ENA.az xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Bildirilib ki, tərəflərin bu sənədi imzalaması gözlənilir.

Anlaşma Memorandumunun məqsədi tərəflər arasında ikitərəfli əməkdaşlıq üçün ümumi çərçivənin yaradılması, bilik və yaxşı təcrübə nümunələrinin mübadiləsi ilə birlikdə ölkələrin əqli mülkiyyət sistemlərinin idarəçiliyinin inkişaf etdirilməsi və səmərəliliyinin artırılmasıdır.

Tərəflər əqli mülkiyyət sahəsində milli qanunvericilik və təcrübələri haqqında məlumat mübadiləsini aparmaq və bu məqsədlə konkret əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək, bir - birinin əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarının qeydiyyatı və effektiv şəkildə qorunmasını təmin etmək, regional və beynəlxalq səviyyədə sənaye mülkiyyətinin effektiv qorunmasını təmin etmək üçün üçüncü ölkələr və beynəlxalq təşkilatlarla müştərək əməkdaşlıq imkanlarını inkişaf etdirmək, iştirak etdikləri beynəlxalq layihələrdə birgə yanaşmanı formalaşdırmaq, məlumat və təcrübə mübadiləsi aparmaq, bu məqsədlərlə birgə fəaliyyətlər təşkil etmək sahələrində əməkdaşlıq etməyi nəzərdə tuturlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department