Birja

Rusiyada banklar dolları 200 rubla qaldırdı

Rusiya üzərində güclü iqtisadi sanksiyalara tab gətirməyən rus rublu ölkə ərazisində rəsmi məzənnə ilə müqayisədə kəskin marja fərqi ilə mübadilə olunur.

ENA.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı (Bank Rusiya) tərəfindən bazar ertəsinə USD/RUR cütlüyü üçün 83.55 səviyyəsində müəyyən olunsa da bəzi yerli banklar satış mübadilə əməliyyatını 200 rubla qaldırıb.

Məsələn, real zaman şəraitində bankların mübadilə əməliyyatını sinxronizasiya edən bankı.ru saytında “Finam Bank” 1 dolları 200 rubla ticarət edir. Həmin bank alışı isə 85 rubla təklif edir.

Əksər banklar isə dolları 120 rubldan yuxarı satır.

123221423423

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)