Sosial iqtisadiyyat

Vəfat edən hərbçilərin pensiyası xanımına verilə bilər

Ehtiyatda və ya istefada olan hərbi qulluqçunun vəfat etməsi nəticəsində pensiya yaşına çatmasını gözləmədən həmin şəxsin həyat yoldaşına pensiyanın təyin edilməsi təklif olunub.

ENA.az verir ki, bu barədə təklif İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində qeyd edilib.

Eləcə də bax: Nazirlik pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqladı

Sənədə əsasən, Ombudsman “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0.9-cu maddəsinə və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərinin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hüququna malik olduğunu nəzərə alaraq, 10 il xidmət etməmiş kadr zabitlərinin də dövlət tərəfindən onlara çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq dövlət büdcəsinə geri ödənilməsi şərtilə öz arzusuna uyğun ehtiyata buraxılması hüququnun təmin edilməsi məqsədi ilə müvafiq qanunlara əlavə və dəyişikliklərin edilməsini tövsiyə edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)