Rus general itkiləri açıqlamaqdan İMTİNA ETDİ
“Xüsusi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukraynada 1000-dən çox hərbi infrastruktur obyektini məhv edib”.
ENA.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Eləcə də bax: Pentaqondan Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə REAKSİYA
Konaşenkovun sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin 27 komanda məntəqəsi və rabitə mərkəzi, 38 hava hücumundan müdafiə zenit-raket kompleksi: S-300, Buk M-1 və Osa, həmçinin 56 RLS məhv edilib.
“Təkcə bu gün yeddi zenit-raket kompleksi, o cümlədən Kramatorsk şəhəri yaxınlığında bir S-300 məhv edilib. “Bayraktar TB-2” tipli 3 hücum pilotsuz uçuş aparatı Çerniqov şəhəri yaxınlığında vurulub”, - deyə general bildirib.
Rusiyalı general əsir götürülən bir neçə rus əsgəri barədə məlumat verib. “Amma biz bilirik ki, ukraynalı nasistlər əsir götürülmüş bir neçə rus hərbçisinə necə münasibət bəsləyirlər. Və biz görürük ki, işgəncələr Böyük Vətən Müharibəsində alman nasistləri və onların əlaltıları-polislərininki ilə eynidir”, - Konaşenkov bildirib.
Konaşenkov həmçinin bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin itkiləri öldürülən ukraynalı hərbçilərin sayından dəfələrlə azdır.
Bununla belə o, Rusiya tərəfinin itkilərini açıqlamaqdan yayınıb.