Fransa Rusiya üçün hava məkanını bağlayır
Fransa hava məkanını bütün Rusiya təyyarələri və aviaşirkətləri üçün bağlayır.
ENA.az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Jan-Batist Cebbari özünün tvitter hesabında bildirib.
Eləcə də bax: Britaniya Rusiyaya SƏRT XƏBƏRDARLIQ edtdi
Onun sözlərinə görə, qadağa bu axşamdan etibarən tətbiq olunacaq.
“Rusiyanın Ukraynaya təcavüzünə Avropa tam birliklə cavab verir” – nazir paylaşımında qeyd edib.