Qazın qiyməti Avropada kəskin bahalaşdı
Avropada təbii qazın qiyməti gün ərzində 50 faizdən çox bahalaşıb.
Xarici KİV xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın mart fyuçersinin qiyməti 1602,2 dollara yüksəlib.
Son günlər xarici siyasət risklərinin güclənməsi Avropa bazarında qaz qiymətlərinin kəskin bahalaşmasına səbəb olub. Əgər bazar ertəsi günü hesablaşma qiyməti 850 dollar təşkil edirdisə, çərşənbə günü qiymət 1050 dollara yaxınlaşaraq iki gün ərzində 22,5 faiz artmışdı.
Bahalaşmanın növbəti güclü dalğası bu gün Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyata başlaması fonunda baş verir.