Azersun Holding işçi axtarır - VAKANSİYA
Texniki İşlər Bölmə Rəisi
Son tarix 22 mar 2022
Əsas tələblər:
- Ali təhsilli olmalı (elektrik, mexanika, avtomatika və s. sahələr üzrə);
- Texniki İşlər üzrə minimum 3 illik təcrübəyə sahib olmalı;
- Elektrik, mexanika, avtomatika sahələri üzrə anlayışı olmalı;
- Dövlət standartları tərəfındən Texniki İşlərə qoyulmuş tələbləri bilməli;
- Avadanlıqların, təchizatların, dəzgahların və ehtiyat hissələrinin konstruktiv xüsusiyyətlərinə uyğun emalat texnologiyasını bilməli;
- MS Office proqram paketini bilməlidir.
Vəzifə təlimatı:
- Avadanlıq və texnikaların vaxtaşırı (həftəlik, aylıq və illik) mexaniki baxışlarını həyata keçirtməli;
- İstehsalatdakı maşınlarda çıxa biləcək qəza və uyqunsuzluğuların araşdırılması və lazımi qərar və təlimatların verilməsi;
- Bitmiş təmir baxım işlərinin yoxlanışı və analizini etməli;
- Avadanlıqların, təchizatların, dəzgahların və ölçü cihazlarının texnoloji layihəyə uyğun olaraq quraşdırılması, demontajı və yer dəyişdirilməsini təşkil etməli;
- Dəzgahların köhnəlmə müddətini nəzərə alaraq minimum sayda ehtiyat hissələrinin anbar sayını planlamalı;
- Emal ediləbilən ehtiyat hissələrini və texniki vəsaitləri təsbit edib emalatxanada istehsalını təşkil etməli;
- Temir baxım işlərinin işçilər arasında bölüşdürülməsini təmin etməli;
- Tabeçiliyində olan texniki işçilərin işlərinə nəzarət etməlidir.
İş yeri: Sumqayıt
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Texniki İşlər Bölmə Rəisi” qeyd etməyiniz xahiş olunur.