Abşeronda əməliyyat keçirildi - Saxlanılanlar var

Abşeron rayonunda səs-küylü həbslər olub.
ENA.az Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanılıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.