Bu ölkəyə vaksinsiz səfər etmək mümkün olacaq
İsrail martın 1-dən həm peyvənd olunmuş, həm də peyvənd olunmamış turistləri buraxacaq.
ENA.az xəbər verir ki, ölkəyə gəlmək istəyən, lakin peyvənd olunmayan şəxslər PCR testindən keçməlidirlər.
Qeyd olunur ki, İsrailin Baş naziri Naftali Bennet və səhiyyə naziri Nitsan Horovits koronavirus məhdudiyyətlərini yumşaltmaq qərarına gəliblər. Açıqlamada deyilir ki, martın 1-dən peyvənd olunmuş və peyvənd olunmamış istənilən yaşda olan turistlər iki PCR testindən keçməklə ölkəyə buraxılacaq.
Yanvar ayında İsrail Rusiyanın “Sputnik V” peyvənd və digər peyvəndlərlə peyvənd olunmuş əcnəbilərin ölkəyə girişinə icazə verib.