Gündəm

Putin Donbasla bağlı mühüm qərar verəcək

Rusiya Prezidenti Vladimir Putin fevralın 20-də Donbasla bağlı mühüm qərar qəbul edə bilər.

ENA.az xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanov deyib.

Partiya lideri bütün rusiyalıları xəbərləri diqqətlə izləməyə çağırıb.

"Putin fevralın 20-də Donbasla bağlı mühüm qərar qəbul edə bilər. Mən bazar ertəsi, fevralın 20-də bütün rusiyalıları vəziyyəti diqqətlə izləməyə və xəbər gözləməyə çağırıram", - Kommunist partiyasının rəhbəri çıxışında deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)