TURİZM

“Şahdağ”da 30 qəpiklik suyun 5 manata satılması barədə - AÇIQLAMA

“Şahdağ” Turizm Kompleksində 30 qəpiklik “Sirab” suyunun 5 manata satılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirilib.

"BI" xəbər verir ki, Şahdağ Turizm Mərkəzindən verilən məlumata görə, bu məsələ ilə bağlı onlara hər hansı müştəri tərəfindən şikayət daxil olmayıb. 

“Şahdağ Turizm Mərkəzi hər zaman rəqabətli və bazar şərtlərinə uyğun qiymətlər təyin etməyə çalışır. Mərkəz ərazisində dünya standartlarında xidmət göstərən 3 ədəd 5 ulduzlu və 1 ədəd 4 ulduzlu otel var. Onlarda müxtəlif qiymətlər mövcuddur.

Qiymətlər göstərilən xidmət səviyyəsinə müvafiqdir. Eyni yanaşmanı əyləncələrdə və restoranlarda da göstəririk. İstər otel daxili, istərsə də oteldən kənarda olan restoranlarda müxtəlif seqmentlərə xitab edən müxtəlif qiymətlər mövcuddur. Mərkəz ərazisində 30-a yaxın restoran mövcuddur. Onlardan bəziləri otel tərəfindən, bəziləri isə üçüncü tərəflər – tərəfdaş şirkətlər tərəfindən idarə olunur.

Tərəfdaşlar təklif etdikləri qiymətləri təyin etməkdə sərbəstdirlər. Qeyd etdiyiniz məsələ ilə bağlı heç bir müştəri şikayəti qəbul etməmişik”, - deyə mərkəzdən daxil olan məlumatda qeyd edilib

 

Azvision.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)