Azərbaycan əhalisinin sayı açıqlandı
Ötən il ərzində ölkə əhalisinin sayı 37 233 nəfər və ya 0.4% artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 156 366 nəfərə çatmışdır. Əhalinin 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49.9%-ini kişilər, 50.1%-ini isə qadınlar təşkil edir.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 9,5 faizi Lənkəran-Astara, 8,9 faizi Qarabağ, 7,3 faizi Mərkəzi Aran, 6,8 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 6,0 faizi Gəncə-Daşkəsən, 5,7 faizi Abşeron-Xızı, 5,5 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 5,0 faizi Şirvan-Salyan, 3,4 faizi Şərqi Zəngəzur, 3,2 faizi Dağlıq Şirvan iqtisadi rayonlarında yaşayıb.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1076 nəfər), Lənkəran-Astara (158 nəfər), Abşeron-Xızı (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.