İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq
Özbəkistan və İsveçrə eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın vəsaitinin rəsmi Daşkəndə qaytarılması məsələsində razılığa gəliblər.
ENA.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, Özbəkistan və İsveçrə danışıqların növbəti raundu keçiriblər.
Danışıqlar zamanı iki ölkənin nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının yeni Çoxtərəfli Etimad Fondunun yaradılması barədə anlaşıblar.
Yeni fond İsveçrədə hələ də davam edən cinayət prosesinin bir hissəsi kimi gələcəkdə müsadirə oluna biləcək hər hansı əlavə aktivlərin restitusiyası üçün mexanizm rolunu oynayacaq. Hazırda təxminən 131 milyon dollar geri qaytarılmağa hazırdır.