"Qeyri-neft ixracımızın artımı tarixi maksimuma çatıb"
"2021-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2020-ci ilə nisbətən 47,2% artıb və bu, ən yüksək tarixi göstəricidir".
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir", - deyə o, qeyd edib.