Daha bir icra başçısı müavini vəzifəsindən ayrılıb
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən ayrılıb.
ENA.az xəbər verir ki, bu, Fəxrəddin Vəliyev Vəli oğludur.
O, 2 iyun 1955-ci ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
2013-cü ilin dekabr ayının 27-dən ötən aya kimi Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyirdi.
O, 2022-ci ilin YAP Şəmkir rayon təşkilatına rəhbər təyin edilib.
İcra Hakimiyyətində onun yerinə təyinat baş tutmayıb.
Qeyd edək ki, bundan öncə analoji hal Qəbələ RİH-də də baş vermişdi. Başçının birinci müavin Ağasəfov Abil Adil YAP Qəbələ rayon təşkilatının sədri təyin edildiyinə görə vəzifəsindən ayrılmışdı.