“Kapital Bank”ın beynəlxalq reytinqi təsdiqləndi: qiymətləndirmə 9 səviyyəsindədir
Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Agentliyin fikrincə, Azərbaycanın iqtisadi və sahələr üzrə riskləri ilə bağlı qiymətləndirmə 9 səviyyəsindədir. Bu səbəbdən də qeyd olunan risklər üzrə tendensiyalar sabit olaraq qalır. Hazırda dünya üzrə bir çox dövlətlər, müəssisələr və təsərrüfat sahələri “COVID-19”un mənfi iqtisadi təsirini məhdudlaşdırmaq üçün strateji prosedurlar hazırlayır.
Hesabatda qeyd olunur ki, Kapital Bank-ın “stabil” proqnozu adekvat kapitallaşma səviyyəsinin, sabit əmanət portfelinin və yüksək likvidliyinin növbəti 12 aylıq dövr ərzində bankın kredit qabiliyyətini dəstəkləyəcəyinə dair gözləntiləri əks etdirir.