Hansı banklardan kredit alanlar artıb? - RENKİNQ
Azərbaycan banklarında likvidlik çox yüksək həddə çatıb. Banklar əllərində olan vəsaiti borc verməyə etibarlı müştəri tapmır, müştərilər isə aşağı faizli kredit almaq üçün bank tapmır. Bunun nəticəsində pulunu risksiz halda qorumağa üstünlük verən bankların müxbir hesablarındakı vəsaitin həcmi kəskin artıb.
ENA.az-ın sualını cavablandıran Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, müxbir hesablarda vəsaitlərin toplanması da likvidliyin yüksəlməsi ilə bağlıdır. Başqa sözlə, banklar kredit verməyə müştəri tapmırlar.
Lakin bəzi banklar riskləri nəzərə alaraq aktiv kreditləşməyə gedirlər. Məsələn, Bank Respublika, YeloBank, BTB bank kimi banklar kreditləşməyə yönəltdiklərin vəsaitlərin həcmini kifayət qədər artırıblar.
ENA.az xəbər verir ki, ötən bir ilin göstəricilərinin təhlili göstərir ki, kredit portfeli kəskin azalan banklar Azərbaycan Sənaye Bankı ASC, Premium Bank və Xalq Bankdır.
Kredit verməkdə ən yüksək aktivlik isə Bank Melli İran, Bank Respublika, Yelo Bank, Ziraat Bank Azərbaycan, Azər Türk Bank üzrə qeydə alınıb.